XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 17:54

Azərbaycanın 52 sülhməramlısı Əfqanıstana yola salındı –VİDEO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.