XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 23:52

Tramp Suriyadan ordusunu çıxarır:"Biz İŞİD-lə mübarizədə böyük uğura nail olduq..."

 ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmaq və Amerika hərbçilərini vətənə göndərmək niyyətindədir.

Bu barədə "RT" xəbər verib.

Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Estoniya, Latviya və Litva liderləri ilə görüşünün yekunlarına dair mətbuat konfransında bu haqda bildirib.

"Biz İŞİD-lə mübarizədə böyük uğura nail olduq və mən qoşunları (Suriyadan) çıxarmaq, hərbçiləri evə qaytarmaq istəyirəm", – deyə Tramp bildirib.

Daha əvvəl mətbuat xəbər verib ki, ABŞ prezidenti Vaşinqtonun Suriyanı bərpa etmək və burada humanitar səylər göstərmək məqsədi ilə 200 milyon dollar ayırmasını əngəlləyib.