Moskvada daha bir ticarət mərkəzində yanğın baş verib.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın "Persey dlya detey" ticarət mərkəzində çıxıb. Alov ticarət mərkəzinin damında və 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb.
Əraziyə yangınsöndürən briqada cəlb olunub. Yanğından xəsarət alanların xilasedici pilləkənlərlə çıxarıldığı bildirilir.