XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2018 - 14:43

Kamran Əliyevin vəzifəsi dəyişdirildi- Yeni təyinatını özü açıqladı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi dəyişdirilib.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

O, qeyd edib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib.

K.Əliyev bildirib ki, nazirin əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.