Rusiya paytaxtı Moskvanın şərqində yerləşən və uşaqlar üçün nəzərdə tutulan Persey Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar olaraq, 300-dən çox adam evakuasiya edilib.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
"Yanğından mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. Onun vəziyyəti dəqiqləşdirilir", – fövqəladə xidmətlərdəki mənbə deyib.
Ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən oyuncaqlarla dolu anbar yanıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatlarına görə, ticarət mərkəzində açıq yanğının qarşısı alınıb.