XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2018 - 17:03

Prezidentlər Suriya münaqişəsinin həlli məsələsində razılığa gəliblər- Detallar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Ankarada keçirilən üçtərəfli sammitdə Suriya məsələsi ilə bağlı razılıq əldə olunub.

“Report” xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhanin rəsmi saytı məlumat yayıb.

Bildirlib ki, görüşün sonunda prezidentlər Suriya üzrə birgə bəyanat imzalayıblar. Sənəddə qeyd olunub ki, Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə razılığa gəlib.

Bundan başqa, prezidentlər üçlü formatda əməkdaşlığı davam etdirmək məsələsini də razılaşdırıblar. Tərəflər Suriyada davamlı atəşkəsə nail olunmasına sadiq qalacaqlarını bildiriblər.

Bəyanatda Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstək veriləcəyi vurğulanıb: “Suriyanın ərazi bütövlüyünü pozmağa çalışan və qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşıyıq. Biz əminik ki, Suriya münaqişəsi hərbi yolla deyil, sülh, siyasi dialoq çərçivəsində həllini tapmalıdır”.

Sənəddə bildirilib ki, tərəflər Suriya əhalisinin iradəsi əsasında seçkilərin keçirilməsinə yardım edəcəklər: "BMT-nin nəzarəti altında suriyalıları qane edəcək konstitusiyanın qəbul edilməsini, azad və ədalətli seçkilərin keçirilməsini vacib sayırıq".

Sənədə əsasən, Türkiyə, Rusiya və İran terrorçu İŞİD, Nusra-Cəbhəsi və BMT Təlükəsizlik Şıurasının siyahısında yer alan başqa terror təşkilatlara qarşı birgə mübarizə aparacaqlar.

Növbəti üçtərəfli sammit İranda keçiriləcək.