XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 08:01

“Manatın möhkəmlənməsi siyasəti davam etdirməlidir” – İqtisadçı

“Bu gün də manatın xarici valyutalara rəsmi məzənnəsi yenidən möhkəmlənib. Mərkəzi Bankın milli valyutanın dollara nisbətən müqayisəli möhkəmləndirilməsi siyasətini davam etdirməsinə ehtiyac var”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, aprel ayının əvvəllərində manatın məzənnəsindəki rəsmi azalmalar dollara tələbatı kəskin artıraraq əhali arasında ciddi panika yaratmışdı:

“Aparılan monitorinqlər göstərir ki, son 4 gündə manatın məzənnəsindəki cüzi möhkəmlənmələr valyuta bazarına fərqli siqnalların daxil olmasına səbəb olub. Mərkəzi Bank yaxın günlərdə də aprel ayının əvvəllərində olduğu kimi yenidən manatın məzənnəsini aşağı salarsa o zaman praktik olaraq öz intervensiya xərclərini artıracaq və dollarlaşma prosesi sürətləndirəcək. Deməli, manatın ucuzlasması siyasəti heç bir halda yaxın zamanlarda baş bankın gündəmində olmamalıdır. öncədən bildiriyimiz kimi, Mərkəzi Bank öz valyuta ehtiyatlarını qorumaq, eləcə də artıq alınmış dollar kütləsinin bir qisminin cari xərclərinin ödənilməsi üçün yenidən milli valyutaya dəyişdirilməsini və bununla da dollarlaşma prosesinin səngiməsini istəyirsə o zaman manatın möhkəmlənməsini siyasətini davam etdirməlidir”.

Strateq.az