XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2018 - 21:51

General Kərim Vəliyev Moskvada çıxış etdi:"Qarabağ münaqişəsinin kökündə aqressiv separatizm dayanır"

“Dağlıq Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır”.

Bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal və regional təhlükəsizlik və bu kimi vacib məsələlərin müzakirə edildiyi konfransda iştiraka xüsusi önəm verir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik”.

Qeyd edək ki, “Redisson” otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.

Forum sabah işini davam etdirəcək/Report.