Sərkisyandan gözlənilməz qərar –3 müşavirini vəzifədən çıxardı
Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad olunub.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Prezidenti Serj Sərkisyan Qaqik Gevorkyan, Matevos Aramyan və Feliks Pirumyanın müşavir postundan azad edilməsi haqqında fərman imzalayıb.