Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.
“A24.az” saytının məlumatına görə, sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Teleqraf.com məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb.
Hospitaldan bildirilib ki, tibb ocağına müraciət edən şəxslərlə bağlı mətbuatın suallarını cavablandırmağa ixtiyarları yoxdur.