XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2018 - 00:17

NATO-dan Rusiyanın Baltikyanı ölkələrdə “Krım ssenarisi”ni təkrarlayacağı xəbərinə sərt reaksiya:"Dərhal cavab tədbirləri olacaq”

Bəzi media orqanlarında Rusiyanın Baltikyanı ölkələrdə “Krım ssenarisi”ni təkrarlayacağı ilə bağlı məlumatlar dərc edilib.

Bununla bağlı məsələyə Kanadanın paytaxtı Ottavada NATO-nun Baş katibi Yens Staltenberq aydınlıq gətirib.

O, belə bir ssenarini istisna edib: “NATO bu informasiyanı tamamilə inkar edir. Krımda, Ukraynanın şərqində baş verən hadisələr bu ölkələrdə təkrarlana bilməz. Çünki həmin ölkələrdə NATO var. Biz təhlükəsizliyə tam zəmanət veririk. Əgər hər hansı hücum olsa, NATO dərhal cavab tədbirləri görəcək”.

Teleqraf.com