XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2018 - 19:20

Almaniyada naməlum şəxs yük maşınını insanların üzərinə sürüb:3 ölü, 50 yaralı

Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, azı 50 nəfər yaralanıb.

Şəhər polisi öz “Twitter” hesabında hadisə nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.

İnsidentin terror aktı olub olmadığı hələlik məlum deyil.