XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 09:57

“Müharibə bizim qələbəmizlə sona çatacaq” –Poroşenko xalqa vəd verdi

Ukrayna prezidenti Pyotr Poroşenko öz həmvətənlərinə ölkə ərazisində gedən müharibənin tezliklə və qələbə ilə bitəcəyinə dair vəd verib.

O, bu barədə videoyazısını “Twitter” mikrobloquna yükləyib.

“Müharibə bizim qələbəmizlə sona çatacaq. Mənim buna heç bir şübhəm yoxdur”, – deyə Poroşenko bildirib.

Ukrayna prezidenti qeyd edib ki, onlar buna ən yaxşı silahlı qüvvələr hesabına nail olacaqlar. Buna baxmayaraq, Poroşenko müharibənin nə zaman başa çatacağını deməyin çətin olduğunu bildirib.

O əlavə edib ki, “Allah bizimlədir!” və buna görə də onlar qalib gələcəklər/Report.