XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

08 Aprel 2018 - 15:24

Rusiya Əsəd rejiminin kimyəvi silah tətbiqini rədd edir:"Mütəxəssis göndərməyə hazırıq"

“Suriyanın Duma şəhərində kimyəvi silah istifadəsi ilə bağlı xəbərləri təkzib edirik”.

Bu sözləri Rusiyanın Suriyada Atəşkəsə Nəzarət Mərkəzinin rəhbəri general Yuri Yevtuşenko deyib.

“Bu informasiyanı qətiyyətlə təkzib edirik və Duma şəhərinin döyüşçülərdən azad edilməsindən dərhal sonra Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə sahəsindəki mütəxəssislərini bu ifadələrin saxta xarakterini təsdiq edən məlumatları toplamaq üçün göndərməyə hazır olduğumuzu bəyan edirik”, – Yevtuşenko deyib/Axar.az.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətində qalan Duma şəhərində kimyəvi qazdan istifadə edilməsi nəticəsində ən azı 80 nəfərin öldürüldüyü, yüzlərlə yaralının olduğu bildirilir.