XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 21:14

BMT baş katibi:"Şərqi Qutada güclənən zorakılıqdan ciddi narahatıq"

BMT baş katibi Antoniu Quttereş Suriyada kimyəvi silahın tətbiqi haqda xəbərdən narahatlığını bildirib.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujjarikin açıqlamasında bildirilir.

“Baş katib son 36 saatlıq nisbi sakitlikdən sonra Dumada, Şərqi Qutada yenilənən və güclənən zorakılıqdan ciddi narahatdır”, – deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Duma yaşayış məntəqəsində kimyəvi silahın dinc sakinlərə qarşı tətbiq edilməsi Quttereşdə xüsusi narahatlıq doğurub.

Xatıqladaq ki, Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiq edilib. Nəticədə onlarla dinc sakin həlak olub. Onlar arasında qadınlar və uşaqlar da var. Ölənlərin sayının artacağı istisna edilmir/Report.