Fransanın tələbi ilə BMT Təhlükəsizlik Şurası təcili toplanır –Əsədə qarşı
Fransa Suriyada kimyəvi silah tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın BMT-dəki nümayəndəsi açıqlama verib.
O, bildirib ki, artıq toplantı barədə üzv dövlətlərə müraciət edilib.
Qeyd edək ki, Suriya rejiminin Şərqi Quta bölgəsində tətbiq etdiyi kimyəvi silah nəticəsində 80 nəfərin öldüyü, 100-lərlə insanın isə zəhərləndiyi iddia olunur.
ABŞ, Türkiyə və Avropa Birliyi ölkələri baş verənlərlə bağlı bəyanat yayaraq, Əsəd rejimini sərt qınayıblar. Rusiya isə əksinə, kimyəvi silah tətbiqini rədd edərək, rejimi dəstəkləyib.