XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2018 - 14:08

Məzahir Pənahov:“Təəssüf ki, seçkiyə müdaxilə cəhdləri müasir dünyanın reallığına çevrilib"

 

“Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı”.

Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib. M.Pənahov qeyd edib: “Müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı. Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: “Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək/Trend.