XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2018 - 19:45

ABŞ-ın son sanksiyasının ilk təsiri-Rusiyanın ən böyük şirkəti defolta hazırlaşır

Rusiyanın “Rusal” şirkəti özünü texniki defolt elan edə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı şirkətin özü yayıb. Şirkət buna səbəb kimi ABŞ-ın sanksiyaları ucbatından kredit öhdəliklərini yerinə yetirə bilməməsini göstərib.

“Rusal” hələlik bütün öhdəliklərini icra edə biləcək gücdədir. Sanksiyaların ilkin təsirinin dəyərləndirilməsi göstəririr ki, onun nəticələri qrupun biznes və perspektivinə neqativ təsir göstərə bilər”.

Qeyd edək ki, “Rusal” Rusiyanın ən böyük şirkətlərindən biridir. Şirkət dünyanın alüminium istehsalının 7%-ni nəzarətdə saxlayır. “Rusal”ın sahibi olan rusiyalı milyarder Oleq Deripaska ilə bərabər, ABŞ son sanksiyalarına “Rusal” şirkəti də məruz qalıb. Bundan dərhal sonra şirkətin səhmləri 41,8% ucuzlaşıb.