XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 13:11

“Skripalın səhhəti yaxşılaşır…” –Solsberidəki xəstəxananın direktoru

“Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın səhhəti yaxşılaşır, onun xəstəxanadan evə buraxılcağına ümid var.”

Bu barədə Solsberidəki xəstəxananın direktoru Kristin Blanşard bildirib.

“Yuliyanın atasının durumu xeyli yaxşılaşıb. Hərçənd o, qızından daha asta templə düzəlir. Onun da uyğun vaxtda xəstəxanadan evə buraxılacağına ümid edirik”, – K.Blanşard vurğulayıb.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onun arasına görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar nadir əsəb iflic edən maddədən zəhərlənmə diaqnoizu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olub. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib.

Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib/Report.