XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2018 - 17:02

Məzahir Pənahovdan seçicilərə müraciət:"Kiminsə adı seçici siyahısında olmaya bilər"

 “Azərbaycanda seçici siyahılarında problem yoxdur. Kiminsə adı seçici siyahısında olmaya bilər, bu, normaldır”

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

O bildirib ki, bu adı seçici siyahısında olmayan vətəndaşın səsverməsinə əngəl yaratmır: “Bəzən insanlar seçici siyahısına düşməkdən yayınırlar. Biz onlara çağırış edirik ki, adlarının seçici siyahısına daxil edilməsi üçün müraciət etsinlər. Təəssüflər olsun ki, insanlar buna biganə yanaşır. Bu hallar seçki prosesinə kölgə sala bilməz”.

Report