XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2018 - 20:03

Trampın müşaviri Tomas Bossert vəzifədən getdi –İstefanın səbəbi açıqlanmır

ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik və terrorizmlə mübarizə üzrə müşaviri Tomas Bossert istefa verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

“Prezident Tomas Bossertə ölkənin təhlükəsizliyinə sadiq olduğuna görə minnətdardır”, – məlumatda qeyd olunub.

Ancaq Ağ Evdən istefanın səbəbləri açıqlanmayıb.