XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2018 - 20:34

Azərbaycanda məlumat sistemlərinin kibermüdafiəsi gücləndirildi –Seçki ilə bağlı

Prezident seçkiləri ilə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət qurumlarının məlumat sistemlərinin mümkün kiberhücumlardan müdafiəsinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə  CERT-dən məlumat verilib.

Qeyd olunur ki, saytların və şəbəkələrin işi üzərində nəzarət gücləndirilib, kiberhücumlarla bağlı müvafiq tədbirlər görülüb: “CERT-in əsas vəzifəsi dövlət strukturlarının resurslarının informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Mümkün kiberhücumların dəf olunmasına hazırlıq yüksək səviyyədə təşkil olunub və 24 saat ərzində nəzarət altındadır”.
Trend