Əlcəzairdə Rusiya istehsalı olan “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 200-dən çox hərbçi ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, qəza təyyarənin Əlcəzairin Bufarik hərbi bazasının aerodromundan uçuş etdikdən sonra olub.
Bu baza ölkə paytaxtı Əlcəzaridən 50 km cənubda yerləşir.
Qəzanın səbəbi araşdırılır.