XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 17:02

Şahzadə:“Səudiyyə Ərəbistanı Suriyadakı hərbi əməliyyatlarda iştirak etməyə hazırdır”

“Səudiyyə Ərəbistanı Suriyadakı hərbi əməliyyatlara qatılmağa hazırdır”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı kralının varisi, şahzadə Məhəmməd ibn Salman Fransa prezidenti Emmanuel Makronla görüşündə bildirib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımız istəsə, biz hərbi əmliyyatlarda iştirak etməyə hazırıq”, – deyə şahzadə vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün “Twitter” səhifəsində yazıb ki, Suriyaya raket zərbələri endirəcəklər: “Rusiya Suriyaya atacağımız raketləri vuracağını vəd edib. Rusiya, hazır ol, raketlər gəlir”.

O, Rusiyaya müraciət edərək insanları kimyəvi silahla öldürüb bundan həzz alan Bəşşar Əsəd rejimi ilə əməkdaşlıq etməməyə çağırıb.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.