XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 11:11

Xoşqədəm və Doğuş cütlüyünün “AMAY”-dakı dükanı MÖHÜRLƏNDİ – FOTOLAR

bebiliyo.jpg

Bir müddət əvvəl ATV kanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı türkiyəli müğənni Doğuş haqqında “Strateq.az”-a ilginc məlumat daxil olub.

Məlumatda deyilir ki, X. Hidayətqızı ilə evləndikdən sonra Doğuş Azərbaycanda biznes qurmaq qərarına gəlib. Cütlük bu məqsədlə ilin əvvəlində “AMAY” Ticarət Mərkəzinə gələrək birinci mərtəbədə dükan kirəyə ediblər. Dükana Türkiyədən xeyli mallar gətirilib. “Bebinyo” adlanan dükanda uşaq geyimlərinin satışı nəzərdə tutulubmuş.

Ticarət Mərkəzinin menecmenti Xoşqədəm-Doğuş cütlüyünün “AMAY”-da dükan açmaq qərarından seviniblər. Bu tanınmışların “AMAY”-ı seçməsinin yaxşı reklam effekti verəcəyinə və Ticarət Mərkəzinin populyarlığına, satışlara müsbət təsir edəcəyi güman olunub. Amma bu ümudlər doğrulmayıb. Martın 17-də dükanın açılışı nəzərdə tutulsa da, nə mallar vitrinə yığılıb, nə də açılış baş tutub. “AMAY” menecmentinə bildirilib ki, açılış martın 21-də nəzərdə tutulub. Açılış təmin tarixdə də baş tutmayıb.

Mənbəmizin sözlərinə görə, 21 martdan 3-4 gün keçdikdən sonra dükandan malların çıxarılması üçün adamlar gəlib. Lakin, mühafizəçilər buna mane olublar. Dükan isə möhürlənib.

Mənbəmizin sözlərinə görə, icarə haqqı ödənilmədiyindən malların götürülməsinə icazə verlmir.

“Strateq.az”

bebiloy2.jpg