XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 22:16

Əli Əhmədov:"Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə daha 7 il ərzində sürətli inkişafa səs veriblər"

Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə Azərbaycan vətəndaşlarının 3,9 milyonundan çoxu iştirak edib. Bu da bütün seçicilərin 74,5 faizini təşkil edir. Keçirilən “exit poll”ların nəticəsinə görə, seçicilərin 80 faizdən çoxu Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verib. Bu da deməyə əsas verir ki, İlham Əliyev prezident seçkilərində inamlı qələbə qazanacaq.

Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini–icra katibi Əli Əhmədov aprelin 11-də partiyanın qərargahında keçirdiyi mətbuat konfransında söyləyib.

Əli Əhmədov deyib ki, Azərbaycan xalqının bu seçimi tamamilə məntiqə uyğundur. “Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə daha 7 il ərzində sürətli inkişafa səs veriblər. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq”, – deyə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini–icra katibi qeyd edib.