XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 00:30

Binəli Yıldırım İlham Əliyevi belə təbrik etdi:"Liderlik rolunuzun davam edəcəyinə inamım qətidir"

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  təbrik məktubu ünvanlayıb.

Strateq.az həmin məktubu təqdim edir:

“Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu, şübhəsiz ki, böyükdür.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram”.