XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 10:24

“Ərazi bütövlüyümüzün təmin olunmasına hazırıq” –Zakir Həsənov

Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə ordumuzun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Zakir Həsənov bildirib ki, ordunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.

General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, şəxsi heyət vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.