XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 13:15

Müxalifətin 14 aprel mitinqinə icazə verildi –QƏRAR

Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqə icazə verib.

Müxalifətin mitinqi aprelin 14-də saat 15-dən 17-dək Yasamal rayonunda yerləşən “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda keçiriləcək.

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, mitinqin əsas şüarı “Xalqın seçki hüququnu özünə qaytar!” olacaq.

“Mitinqdə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına, seçki korrupsiyasına qarşı mübarizə, siyasi məhbuslara azadlıqla bağlı şüarlar qaldırılacaq”,-  o, qeyd edib.