XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 14:14

Putin İlham Əliyevə zəng etdi –Prezidentlər fikir mübadiləsi aparıblar

Bu gün  Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəkdir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.