XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2018 - 14:41

Qüdrət Həsənquliyevlə Zahid Oruc Prezidentə zəng edib –Təbrik

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib.

BAXCP-nin Seçki Qərargahından Strateq.az-a verilən məlumata görə, Qüdrət Həsənquliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.

***

Prezidentliyə namizəd Zahid Oruc da prezident İlham Əliyevə telefonla zəng edib.

Prezident seçkilərinin nəticələrinə görə ikinci yeri qazanan Zahid Oruc yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi telefonla təbrik edərək, ölkə başçısının inamlı qələbəsi münasibətilə ona ən xoş arzularını bildirib, millətimizin gələcək firavanlığı naminə şərəfli vəzifəsində böyük uğurlar diləyib.