XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 18:43

Ruhani Əliyevə məktub göndərdi:"Qardaşlıq münasibətlərimiz əzmlə davam etdiriləcək"

İran prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Strateq.az həmin məktubu təqdim edir:

“Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu seçim Azərbaycan Respublikası xalqının hökumətin proqramlarını dəstəkləməsinin, həmçinin Sizin rəhbərliyinizlə ölkənizin inkişafı və rifahı yolunun davam etdirilməsində maraqlı olduğunun göstəricisidir.

Əminəm ki, xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi hər iki ölkə rəsmilərinin birgə səyləri ilə bundan sonra da əzmlə davam etdiriləcəkdir.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və başucalığı arzulayıram”.