XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2018 - 12:13

Dövlət Dumasından ABŞ sanksiyalarına cavab –Qanun layihəsi hazırlanıb

 

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub.

“lenta.ru”nun verdiyi məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb. V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb.

Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib. İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.