“Moskvanın əlində Suriyanın Duma şəhərindəki kimyəvi hücumun “tamaşa” olduğunu təsdiqləyən təkzibedilməz sübutlar var”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertlər missiyasının Suriyaya yollandığını xatırladaraq bildirib ki, missiya Dumaya gedəcək: “Bizim ekspertlər orada yoxlama aparıb və kimyəvi silahın hər hansı bir növünün istifadəsi ilə bağlı bir sübut aşkar etməyəcək”.
Report