XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 11:19

Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevi təbrik edib:"Sizinlə sıx işləmək niyyətindəyəm"

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.