XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 13:45

Tusk:"Avropa İttifaqı müttəfiqləri dəstəkləyir və onlarla birlikdə ədalət tərəfində dayanacaq"

Avropa İttifaqı (Aİ) müttəfiqləri dəstəkləyir və onlarla birlikdə ədalət tərəfində dayanacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk “Twitter” səhifəsində ABŞ-ın Suriyaya aviazərbələr endirməsinə münasibət bildirərkən yazıb.

“ABŞ, Fransa və Böyük Britaniyanın bu addımı aydın şəkildə Suriya rejiminin Rusiya və İranla birlikdə bu insanlıq faciəsini davam etdirə bilməyəcəyini göstərir. Aİ müttəfiqləri ilə ədalət tərəfində dayanacaq”, – D.Tusk yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.