ABŞ-ın İŞİD terror qruplaşmasını məğlub etməsi barədə prezident Donald Trampın sözləri yalandır.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Seyid Əli Xamenei bildirib.
“Donald Trampın bir neçə saat əvvəl ABŞ-ın İŞİD-i məğlub edə bildikləri ilə bağlı dedikləri yalandır. Açıq və aydın yalan!” – İranın ali lideri deyib.
Ə.Xamenei Suriyaya zərbələr endirilməsi ilə əlaqədar ABŞ və Fransanın prezidentlərini, eləcə də Böyük Britaniya baş nazirini cinayətkarlar adlandırıb.