XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 18:28

Suriyada keçirilən son əməliyyata xərclənən maliyyəninməbləği açıqlanıb

“Hərbi mütəxəssislərin hesablamasına əsasən, bu əməliyyatın dəyəri 240 milyon dollardır”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Rusiya Baş Qərargahı Əsas Hərəkət Dairəsi rəisi, ordu generalı Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin ötən gecə keçirdiyi əməliyyat zamanı 103 raket atılıb, onların 71-i Eusiya hərbi hava sistemi tərəfindən zərərsizləşdirilib.

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Dana Uayt isə bildirib ki, aparılan əməliyyat zamanı 105 raket nəzərdə tutulan bütün obyektləri vurub.