XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 12:39

Davudoğlu: “Heç kim bizə boyun əydirə bilməz”
“Türkiyə ilə Ermənistan arasında hər cür qonşuluq əlaqələrini inkişaf etdirməyə və əzabları bölüşməyə hazırıq, amma ermənilərə boyun əymərik”.
Strateq.az xəbər verir ki, bu sözləri bu gün Türkiyədə “Məhkəmələrdə islahat strategiyası” adlı toplantıda Baş nazir Əhməd Davudoğlu deyib.

Baş nazir bildirib ki, Avropa ilə tarixi müzakirə etməyə hazırdırlar: “Haradadır qızıldərilər? Haradadır aborgenlər? Bunları siyasi təzyiqə çevirsələr, bizim də deməyə sözümüz var. Ancaq bunun siyasi təzyiqə çevirmələrinə imkan verməyəcəyik. Millətimizi tarix məhkəməsi qarşısına çıxarıb, mühakimə etməyə cəhd edən kim olursa-olsun, ona qarşı açıq və konkret mövqeyimizi nümayiş etdirəcəyik. Heç kim bizə boyun əydirə bilməz”.
Strateq.az