XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

15 Aprel 2018 - 00:29

Ərdoğanla Makron arasında Suriya müzakirəsi:"Kimyəvi silah tətbiqi yolverilməzdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin “Sabah” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət başçıları danışıqlarda Suriya məsələsini müzakirə ediblər. Türkiyə Prezidenti fransalı həmkarına Suriya böhranının siyasi yolla nizamlanması zəruriliyini bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. Danışıqların gedişində tərəflər ABŞ-ın və onun müttəfiqlərinin Suriyadakı əməliyyatını müzakirə ediblər. Cənab prezident (Rəcəb Tayyib Ərdoğan – red) ölkənin (Suriyanın) dinc əhalisinə qarşı kimyəvi silahın tətbiqinin yolverilməzliyini qeyd edib. Prezidentimiz həmçinin Suriya böhranının siyasi yolla nizamlanmasının vacibliyini qeyd edib, – deyə qəzet diplomatik mənbədən sitat gətirib/Report.