XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2018 - 14:40

Deputat Qusardakı oteldə ürəktutmasından vəfat edib –"Qurd qapısı"nda dəfn olundu

Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.

APA-nın məlumatına görə, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.

Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Deputatın köməkçisi, Milli Məclis aparatının üzvü Asif Mehdiyev Axar.az-a təsdiqləyib. O bildirib ki, A.Şahverdiyev şəxsi işləri ilə bağlı Qusara getmişdi:“Səhhətində hər hansı ciddi problem yox idi. Ötən gün və ondan əvvəlki gün bir yerdə olmuşuq, bir neçə məclisdə də birgə iştirak etmişik. Qusara şəxsi işi ilə bağlı getmişdi. Bu gün sübh çağı sürücüsü zəng etdi ki, dünyasını dəyişib. Çox üzgünük”.

Lent.az isə xəbər verir ki, deputat Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelindəürək tutmasından ölüb. Oteldən bildirilib ki, A.Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardıma müraciət edilsə də, artıq gec olub.

A.Şahverdiyev Bakıda – “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Astan Nuşirəvan oğlu Şahverdiyev 1947-ci ildə Füzuli rayonunda anadan olub. Neft və Kimya İnstitutunu və Politexnik İnstitutunu bitirib. Uzun illər pedoqoji fəaliyyətlə məşğul olub. Texnika elmləri doktoru, professor A.Şahverdiyev Azərbaycan Texniki Universitetinin kafedra müdiri idi.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatıdır. 2005, 2010, 2015-ci illərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat olub.

Evlidir. 2 övladı var.

***

Son məlumata görə, A.Şahverdiyevin nəşi Bakıya gətirilərək, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.