XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 14:38

Hərbi Akademiya ilə bağlı FƏRMAN – Prezident imzaladı

Bu gün Prezident İlham Əliyev növbəti fərmanını imzalayıb.

Strateq.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə aşağıdakı qərar verilib:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.