ABŞ prezidenti Donald Tramp rusiyalı lider Vladimir Putinlə hələ də görüşmək istəyir.
Bunu jurnalistlərə Trampın mətbuat katibi Sara Sanders bildirib.
“Prezident hələ də onunla danışmaq istərdi. O, hesab edir ki, onların yaxşı münasibətlərinin olması dünya üçün daha yaxşı olacaq. Ancaq bu, Rusiyanın hərəkətlərindən asılı olacaq”, deyə Sanders bildirib/Trend.