XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 00:12

Vasif Talıbov daha bir sərəncam verdi –Gənclər Fonduna icraçı direktor təyin edildi

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Anar Babayev Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 27 mart 2018-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev olub.

Xatırladaq ki, həmçinin bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.