XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 09:48

İsrail Suriyanı yenə hədəfə aldı –Ordu Dəməşqə atılan raketləri dəf edib?

Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrdəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

TASS xəbər verir ki, bu barədə “Al Ekhbariya” telestansiyasına respublikanın Hərbi Qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, Suriya zenitçiləri Şayrat ətrafında 6, Dumeyrəyə uçan daha 3 raketi vurublar.

“Al Masdar” portalının məlumatına görə, hərbi bazalara İsrailin Hərbi Hava Qüvvələri Livanın səmasından hücum ediblər. Lakin bu məlumat hələlik Dəməşq tərəfindən rəsmən təsdiqlənməyib/Report.