XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2018 - 20:01

Sərkisyan etiraz aksiyalarından danışdı:"Hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək"

“Müxalifətçi qüvvələr anlamalıdırlar ki, polislə toqquşma və hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək”.

Bunu Ermənistanın yeni seçilmiş baş naziri Serj Sərkisyan deyib.

Radikal müxalifəti təmsil edən “Yelk” blokuna müraciət edərək o, fraksiyanın rəhbəri Mikol Paşinyanı küçələrdən parlamentə qayıtmağa səsləyib. “Polislə toqquşmanı və hökumət binalarının zəbtini dinc nümayiş adlandırmaq olmaz”, – Sərkisyan deyib.

“Biz çox qan görmüşük, amma heç vaxt heç düşmənimizin də qanına susamamışıq”, – o əlavə edib.