XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 02:26

Rəsul Quliyevin daha bir sadiq tərəfdarı qəfildən vəfat edib –Gəncədə

Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, keçmiş siyasi məhbus Natiq Əfəndiyev vəfat edib.

Strateq.az “AzPolitika.info”-ya istinadla bildirir ki, bu barədə hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev məlumat verib.

“Azərbaycanın azadlığı uğrunda mübarizənin həmişə ön cərgəsində olan əziz dostum Natiq Əfəndiyev dünən qəfildən yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Bu ağır kədəri onun ailə üzvləri, yaxınları, dostları və silahdaşları ilə bölüşürəm. Biz onu heç vaxt unutmaycağıq!” – R.Quliyev bugünkü “Facebook” postunda yazıb.

N. Əfəndiyev Rəsul Quliyevin sadiq tərəfdarlarından biri idi. 1996-cı ildə R.Quliyevə görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verən N.Əfəndiyev Türkiyəyə mühacirət etmiş, 2000-ci ilin yanvar ayında burda həbs olunaraq Azərbaycana ekstradisiya olunmuşdu.

Məhkəmə onu ömürlük həbsə məhkum etsə də, 2005-ci ildə mart ayında əfv fərmanı ilə həbsdən azad olunmuşdu. Lakin N.Əfəndiyev bir qədər sonra yenidən həbsə atılmışdı. 2010-cu ildə həbsdən çıxdıqdan sonra siyasətdən uzaqlaşan N.Əfəndiyevin ABŞ-da ailəsinin yanında yaşadığı bildirilirdi. 

Allah rəhmət eləsin!