XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 23:11

Baxçalı:“Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı növbədənkənar prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə D.Baxçalı özünün “Twitter” səhifəsində yazıb.

“Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır”, D.Baxçalı qeyd edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ölkədə növbədənkənar prezident və parlament seçkiləri keçirilməsinə dair təkliflə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.