Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.
Bu barədə ölkənin qanunverci orqanının mətbuat xidmətindən bildirilib.
Mətbuat xidməti qeyd edib ki, qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.