XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2018 - 15:58

Daha 18 qanun dəyişəcək –Layihələr parlamentdə + SİYAHI

Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

İclasın gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu (ikinci səsvermə), “Peşə təhsili haqqında”, qanunun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri İnzibati Xətalar Cinayət və Vergi Məcəllərinə dəyişiklik ediləcək.

Habelə, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi müzakirəyə çıxarılacaq.

Bundan başqa, iclasda “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Məşğulluq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq/Report.